“Bavariya” rəhbərliyi süvenir məhsullarının satışından daha çox qazanmaq üçün yeni metoda əl atıb.

Rekord.az xəbər verir ki, Almaniya klubu “Adidas” şirkəti ilə birlikdə son 10 mövsümdəki formaların elementlərinin əks olunduğu yeni futbolkaları satışa buraxıb.

 

Qeyd edək ki, “Bavariya” ardıcıl on dəfə çempion olmaqla Avropanın aparıcı 5 liqasında rekordçu sayılır. Yalnız klubun rəsmi üzvləri üçün istehsal olunan və 89,95 avro qiyməti olan qeyri-adi formalar qısa müddətdə satılıb.

Komandanın növbəti mövsümdə bu formalarla oynayacağı istisna edilmir. Amma hələ ki bu haqda rəsmi məlumat verilməyib.