
"Bavariya"da ayrılıq
- 06 Noy 2021 15:21
- 338
"Bavariya"nın futbolçusu Kinqsli Koman klubdan ayrılacaq.
Rekord.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi komandası ilə müqavilənin uzadılması barədə razılığa gələ bilmir.
O, klubdan illik 20 milyon avro maaş tələb edir. Münhenlilər isə ona 13 milyon verməyə razıdır.
Qeyd edək ki, Komanın klubu ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.