
"Bavariya" futbolçusunu "Lids"ə satdı
- 18 İyn 2022 14:30
- 436
"Lids" "Bavariya"nın futbolçusu Mark Rokanı transfer edib.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Bu transfer üçün İngiltərə təmsilçisi 12 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, M. Roka 2020-ci ildən "Bavariya"da oynayırdı. O, ötən mövsüm bütün yarışlarda 13 matça çıxıb.