
"Bavariya" "Borussiya"nın 18 yaşlı futbolçusunu istəyir
- 15 Dek 2021 13:48
- 460
"Bavariya" "Borussiya"nın futbolçusu Cud Bellingemi heyətinə qatmaq niyyətindədir.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisi 18 yaşlı futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərib.
Ancaq Dortmund klubu Bellingemi buraxmaq niyyətində deyil. Klubu ilə 2025-ci ilə kimi müqaviləsi olan futbolçu özü də "Borussiya"nı tərk etmək niyyətində deyil.