"Vulverhempton"un yarımmüdafiəçisi Adama Traore karyerasını "Barselona"da davam etdirə bilər.

Rekord.az xəbər verir ki, onun agenti Xorxe Mendes kataloniyalılara tövsiyə edib ki, 26 yaşlı futbolçun icarəyə götürsünlər.

O, Traorenin, klubla müqaviləni uzatmayan Usman Dembeleni layiqincə əvəz edəcəyini bildirib.

Agent “Barselona” rəhbərliyinə tövsiyə edib edib ki, yarımmüdafiəçini sonradan müqavilə hüququnu ala bilmək şərtilə icarəyə götürsünlər.

Məlumata görə, İspaniya nəhəngi agentin təklifini nəzərdən keçirir, amma son qərarı baş məşqçi Xavi verəcək.