
“Barselona”nın sabiq futbolçusu “Korintians”da!
- 16 Dek 2021 18:46
- 534
“Barselona”nın və “Tottenhem”in sabiq futbolçusu Paulinyonun yeni ünvanı məlum olub.
Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Korintians” klubuna keçib.
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Paulinyo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Paulinyo 2015-2017-ci illərdə “Tottenhem”də, 2017-2019-cu illər aralığında “Barselona”da çıxış edib.