
"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurdu
- 22 Yan 2022 11:40
- 497
Belçika millisinin sabiq futbolçusu Tomas Vermalen karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyasının saytı məlumat yayıb.
36 yaşlı veteran müdafiəçi Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi təyin olunub.
Qeyd edək ki, Vermalen Belçika millisində 85 oyuna çıxıb. O, "Ayaks", "Arsenal", "Barselona" və "Vissel Kobe" kimi klublarda oynayıb.