“Barselona”nın futbolçusu Martin Breytveyt əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Danimarkalı hücumçu sol dizindən uğurlu əməliyyat keçirib.

Breytveytin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.