
"Barselona"nın futbolçusunun evini qarət etdilər
- 24 Noy 2021 13:16
- 479
“Barselona”nın futbolçusu Ansu Fatinin evi qarət olunub.
Rekord.az xəbər verir ki, hadisə zamanı 18 yaşlı hücumçunun ailəsi evdə olub. Onlar televiziyada “Barselona” – “Espanyol” matçını izləyirmiş.
Soyğunçular evdən pul və zinyət əşyaları oğurlayıblar. Fatinin ailə üzvlərinə xəsarət yetirilməyib. Faktla bağlı cinayət işi açılıb.