
“Barselona”nın futbolçusu 2 həftəlik sıradan çıxdı
- 07 Yan 2022 16:14
- 429
“Barselona” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Ronald Arauxo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya kubokunda “Linares”ə qarşı keçirilən matçda (2:1) əlindən zədələnən Arauxo azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.