“Barselona” klubunda zədəli futbolçu Ansu Fatinin son durumu məlum olub.
Rekord.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fati sol ayağının proksimal biseps vətərindən zədə alıb.
19 yaşlı hücumçu azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq.