
“Barselona”nın 500 milyon avroluq futbolçusu üçün 5 “elçi”
- 17 Fev 2022 14:20
- 488
“Barselona”nın yarımmüdafiəçisi Niko Qonsales klubunu dəyişə bilər.
Rekord.az xəbər verir ki, futbolçu ilə beş klub maraqlanır: 3-ü Premyer Liqa, 1-i Bundesliqa, 1-i isə A seriyasından.
Xüsusilə, gənc futbolçu “Mançester Siti”nin əsas hədəflərindən biridir.
“Barselona” futbolçusu ilə müqaviləni uzatmaq istəyir. Qavi və Ronald Arauxo ilə müqavilələrin uzadılmasından sonra Niko ilə danışıqlar başlayacaq.
Niko Qonsalesin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. Onunla müqavilədə nəzərdə tutulan təzminatın məbləği 500 milyon avrodur.