“Barselona” yeni antirekorda imza atıb.

Rekord.az xəbər verir ki, komanda buna İspaniya kubokunun 1/16 final mərhələsində “Barbastro”ya 3:2 hesabı ilə qalib gəlməklə nail olub.

Bununla da, Kataloniya təmsilçisi son 20 rəsmi oyunda yalnız 1 top fərqi ilə qələbə qazanıb. Belə nəticə klub tarixinin antirekordu deməkdir.

Komandanın daha əvvəl iki və daha çox top fərqi ilə qələbəsi sentyabrın 19-da Belçika “Antverpen”inə qarşı Çempionlar Liqasının qrup matçına (5:0) təsadüf edib.