İspaniyanın “Barselona” klubu hücumçusu Ansu Fati ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 6 illik yeni sözləşmə imzalanıb. Kataloniya təmsilçisi gənc forvardın yeni təzminat məbləğinin isə 1 milyard avro olduğunu açıqlayıb.

Ansu Fati 2019-cu ildən "Barselona"nın əsas komandasında çıxış edir.