“Barselona”nın futbolçusu Serjinyo Dest klubu tərk etmək istəmir.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Adı “Çelsi”, “Bayern” kimi klublarla hallanan amerikalı müdafiəçi azı mövsümün sonuna qədər “Barselona”da qalmaq istəyir.

Dest bu mövsüm “Barselona” ilə 16 oyuna çıxıb.