
"Barselona"da Kumanın köməkçisi idi, "Brügge"də baş məşqçi oldu
- 05 Yan 2022 12:42
- 505
Belçikanın “Brügge” klubunun yeni baş məşqçisi məlum olub.
Rekord.az xəbər verir ki, komanda Alfred Şrederə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Şreder son olaraq “Barselona”da keçmiş baş məşqçi Ronald Kumanın köməkçisi kimi çalışıb.