
“Barselona”da koronavirusa yeni yoluxma
- 29 Dek 2021 19:20
- 529
İspaniyanın “Barselona” klubunda koronavirusa yoluxanların sayı artıb.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisinin daha bir futbolçusu – Aleksandro Baldedə koronavirus aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Barselona”da daha əvvəl müdafiəçilər Dani Alveş, Kleman Lanqle və Jordi Albada virus aşkarlanmışdı.