“Barselona” sabiq futbolçusu Dani Alvesi transfer edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı oyunçu Kataloniya təmsilçisinə azad agent kimi keçib. 38 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Alves gələn həftədən sabiq komandası ilə məşqlərə başlayacaq. Lakin futbolçu yalnız 2022-ci ilin yanvarından rəsmi oyunlarda meydana çıxa biləcək.

Xatırladaq ki, Alves 2008-2016-cı illərdə "Barselona"da oynayıb. Onun son klubu "San Paulo” (Braziliya) olub.