"Barselona" Memfis Depayla bağlı qərarını verib.

Rekord.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Kataloniya təmsilçisi 28 yaşlı hücumçu ilə yollarını ayrmağa hazırdır. "Barselona" artıq Depaya qiymət də qoyub.

25 milyon avro təklif edilsə, klub onu satacaq. Həmçinin baş məşqçi Xavi Ernandes də oyunçunu komandada görmək istəmir.

Depay 2021-ci ildən "Barselona"da oynayır.