“Barselona” Usman Dembele ilə yaranan problemi 2 gün ərzində həll etmək niyyətindədir.

Rekord.az xəbər verir ki, fransalı hücumçu yeni müqavilə bağlamaq istəmir.

“Barselona”nın maliyyə şərtləri onu qane etmir.

Üstəlik, o, qışda komandanı tərk etməyi də planlaşdırmır. Belə olacağı təqdirdə, yayda azad agent kimi gedəcək.

Dembele bir müddət əvvəl bildirmişdi ki, özünü dünya səviyyəli futbolçu hesab edir və yüksək məvacib almaq haqqıdır.

“Barselona” rəhbərliyi isə onun tələblərini yerinə yetirmək iqtidarında deyil. Komandanın maliyyə durumu ağırdır.

Usman cari mövsümdə İspaniya çempionatında 6 oyun keçirib və 2 qol ötürməsi edib.