
“Barselona” müdafiəçisi ilə yeni müqavilə bağladı
- 20 Sen 2023 17:00
- 414
İspaniyanın "Barselona" klubu futbolçusu Alexandro Balde ilə müqavilənin müddətini uzadıb.
Rekord.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
"Barselona"nın yetirməsi olan Balde 2021-ci ildən əsas komandada çıxış edir. O, ötən mövsüm komanda ilə ölkə çempionu olub.