"Barselona" mövsümün sonunda İsrail "Makkabi"sində çıxış edən 18 yaşlı xavbek Oskar Qloxanı heyətinə qata bilər.

Rekord.az xəbər verir ki, İsrail millisinə də dəvət alan futbolçunu Kataloniya klubunun rəhbərliyinə Yordi Kroyff məsləhət görüb. 

Maraq üçün deyək ki, Qloxanla Dortmund "Borussiya"sı, "Monako" eləcə də Rusiyanın "Zenit" klubu da maraqlanır. "Zenit" hətta ona 4 milyon avro da təklif edib.

Qeyd edək ki, gənc futbolçu cari mövsüm "Makkabi"nin heyətində 22 oyuna 7 qol və 6 məsuldar ötürmə ilə yadda qalıb.