
“Barselona” ilə bağlı açıqlama açıqlama verdi
- 23 Yan 2022 14:00
- 475
Adı “Barselona” ilə hallanan braziliyalı futbolçu Oskar açıqlama verib.
Rekord.az xəbər verir ki, Çinin “Şanxay Port” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib:
“Danışıqlar gedir. “Barselona” hazırda çətin dönəmlərdən keçir. Maliyyə problemlərinə görə bəzi oyunçular üçün lisenziya alına bilmir.
Mən də öz klubumla danışmalıyam. Bəlkə də mövsümün sonunda ayrılmaq daha yaxşı olar”.