
"Barselona" daha bir sabiq baş məşqçisinə təzminat ödəyəcək
- 02 Dek 2021 12:42
- 456
"Barselona"nın sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.
Rekord.az xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssis 4 milyon avro ödəyəcək.
Bu, "Barselona"ya dekabrın 20-nə planlaşdırılan dəbbə pulunun ödənilməsi məsələsi ilə bağlı məhkəmə prosesindən yayınmağa imkan verəcək.
Daha əvvəl bildirilib ki, Setyen məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro ala bilər.
Kike Setyen 2020-ci ildə "Barselona"ya rəhbərlik edib. O, "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının oyunundan sonra qovulub.