İspaniyanın “Barselona” komandası son 20 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi qrup mərhələsinin 6-cı turunda Almaniyada “Bayern”ə 0:3 hesabı ilə uduzub.

Bu nəticədən sonra E qrupunda 7 xalla üçüncü olan “Barselona” mübarizəni Avropa Liqasında davam etdirmək məcburiyyətində qalıb.

İspaniya nəhəngi sonuncu dəfə 2000/2001 mövsümündə eyni aqibəti yaşamışdı. "Barselona" həmin vaxt İtaliyanın "Milan", İngiltərənin "Lids" və Türkiyənin "Beşiktaş" klubunun yer aldığı qrupda üçüncü yeri tutmuşdu.