“Barselona” heyətini gücləndirmək niyyətindədir. Ancaq klubun maliyyə durumu ağır olduğu üçün futbolçu almağa vəsait tapılmır. Ona görə də klub rəhbərliyi başqa taktika seçib.

Rekord.az xəbər verir ki, “Barsa” “Çelsi”nin iki futbolçusunu – Sesara Asplikuetanı və Andreas Kristenseni havayı əldə etmək niyyətindədir.

Məlumata görə, hər iki futbolçu “Barsa”da oynamaq istəyir. Ona görə də, “Çelsi”nin yeni müqavilə təklifini qəbul etmirlər. Onların “təqaüdçülər”lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Asplikueta “Çelsi”də 2012-ci ildən çıxış edir. İspan müdafiəçi cari mövsümdə Premyer Liqada 12 oyunda meydana çıxıb.

Kristensen “Çelsi”nin yetirməsi sayılır və 2014-cü ildən komandadadır. O da cari mövsümdə 12 oyunda meydanda olub.