"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa bu gün axşam saatlarında Azərbaycana gələcək.

Bu haqda məlumatı Rekord.az-a Sumqayıt klubunun mətbuat katibi Rəşad Məmmədov verib.

Məmmədov eyni zamanda onu da bildirib  ki, tanınmış mütəxəssisin ictimaiyyətə geniş təqdimatı da nəzərdə tutulub: "Baqanın ictimaiyyətə təqdimatı planımız var. Eyni zamanda mətbuat konfransı da nəzərdə tutulub. Konfransın vaxtı haqda klubun rəsmi saytl və sosial şəbəkə hesabından ətraflı məlumat veriləcək. Baş məşqçinin planları, birlikdə işləyəcəyi məşqçilər heyəti, texniki heyət və s. bağlı bütün suallara da həmin konfransda aydınlıq gələcək".