"Sumqayıt"ın yeni baş məşqçisi Aleksey Baqa yeni komandasının təmsil etdiyi Sumqayıtda yox, paytaxt Bakıda mənzil kirayələyib.

Rekord.az xəbər verir ki, belaruslu məşqçi ailəsini də yanına gətirəcək.

Kirayə tutacağı mənzilin pulunu da klub yox, özq verəcək. Çünki müqavilədə məşqçinin maaşı qeyd olunanda bütün bunlar hamısı həmin maaşın içində nəzərdə tutulub.