Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli komandadan ayrılıb.

Rekord.az xəbər verir ki, italiyalı hücumçu bununla bağlı “İnstaqram” hesabında paylaşım edib.

O, Adana şəhəri ilə ayrılığını əks etdirən şəkil paylaşıb.

33 yaşlı hücumçu bir neçə gün əvvəl komandadan gedəcəyini açıqlamışdı. Onun klubla müqaviləsi mövsümün sonuna qədər idi.

Xatırladaq ki, "Adana Demirspor"da Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir.