
"Balışüzü paylayanı uşaq futbol departamentinə rəhbər qoyublar"
- 11 Dek 2021 13:00
- 1266
Azərbaycan millisinin sabiq üzvü Mahir Şükür AFFA-nın idarəçiliyindəki nöqsanlar haqqında danışarkən uşaq futboluna olan təyinatlara da toxunub.
Rekord.az xəbər verir ki, sportinfo tv-ə danışan Şükürov federasiyada uşaq departamentinin sədri Yusif Vəliyevin təyinatını xüsusilə sərt tənqid edib.
Veteran futbolçu Vəliyev kimi şəxslərə futbolun inkişaf etməycəyini bildirib: "Foqtsun vaxtında AFFA-nın arxasındakı akademiyada qalırdıq. Orda balışüzü paylayan var idi Yusif (Yusif Vəliyevi nəzərdə tutur), otaqlara balış üzü, döşək üzü verirdi, onların siyahısını tuturdu ki, hansı otağa nə qədər verilib, gətirib onu qoydular uşaq futbolu departameninin sədri. Bununla futbol inkişaf eliyər? Həyatı boyu eləməz. Niyə onun yerində mən işləməməliyəm? Deyirlər ki, yazı-pozu işini yaxşı bilir. Futbol yazı-pozu işi ilə getmir axı. Futbolda futbolu bilən adam işləməlidir. Yaxud, filankəs ingilis dilini bilir. O məntiqlə gərək hər dəfə İngiltərə dünya çempionu olsun, Avropa çempionu olsun. İngilis dilində danışmaqla futbolu idarə etmək olmur".