Rumıniyanın “Universitatya” (Krayova) komandasının baş məşqçisi Laslo Balint Avstriyada “Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə etdikləri matçla bağlı bunları söyləyib:

“Qarabağ”la oyun bizim üçün faydalı sınaq oldu. Yaxşı qol imkanları yaratdıq. Amma onların yalnız birindən yararlana bildik. Bu oyundan yaxşı siqnallar aldım”.

“Qarabağ” əvvəlki yoxlama matçlarında Rumıniyanın digər təmsilçisi “Botoşani”ni 4:0 hesabı ilə darmadağın edib, Almaniyanın “Holştayn Kil” komandası ilə görüşdə isə heç-heçəyə razılaşıb - 2:2.