Qazaxıstan Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin şərəfini qoruduğu "Turan" bu turda "Akjayık"ı qəbul edib.

Matç 1:1 hesabı ilə başa çatıb. E.Balayev sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, hazırda 12 xalı olan "Turan" 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, E.Balayevin "Turan"dan ayrılacağı və "Səbail"ə keçəcəyi ilə bağlı xəbərlər yayılıb.