
“Baku Fire” fasiləyə üçüncü pillədə yollandı
- 15 Dek 2021 10:30
- 460
Futzal üzrə Yüksək Liqada IX turdan təsirə salınmış oyun keçirilib. Rekord.az xəbər verir ki, “Baku Fire” “Xilə” ilə qarşılaşıb.
Əvvəlki turda hər iki qapıçısı qırmızı vərəqə alan “Baku Fire”də qolkiper funksiyasını meydan oyunçusu İbrahim Zeynalov yerinə yetirib. Qarşılaşma “Baku Fire”in 13:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə Teymur Eyvazovun yetirmələrinə qış fasiləsinə turnir cədvəlinin üçüncü pilləsində yollanmasına imkan verib.