
Bakıda vurulmuş qol həftənin ən yaxşısı adına namizəd oldu
- 26 Noy 2021 13:30
- 576
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Rekord.az xəbər verir ki, Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçəyə nail olan Kiprin "Omoniya" komandasının futbolçusu Xordi Qomesin uzaq məsafədən vurduğu qol da namizədlər siyahısında göstərilib.
36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb. İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos (“Anortosis”, Kipr) və Edon Jeqrovadır ("Bazel", İsveçrə).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədən sonra bəlli olacaq.