“Səbail”in sabiq yarımmüdafiəçisi Vüqar Bəybalayev özünə biznes qurub.

Rekord.az xəbər verir ki, yaydan bəri klubsuz qalan futbolçu Bakıda bərbərxana açıb.

28 yaşlı oyunçu bu ilin martında Gürcüstana yollanaraq,"Telavi" ilə müqavilə bağlamışdı. Onun legioner həyatı qısa çəkdi - artıq iyulda geri qayıtmışdı.

Vaxtilə futbolun sirlərini “Bakı”da öyrənmiş Bəybalayev “Sumqayıt”, “Turan”, “Xəzər Lənkəran” kimi bir çox komandanın şərəfini qoruyub.