Bu yay “Qalatasaray”dan ayrılan Bafetimbi Qomisin yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, fransalı hücumçu karyerasını Yaponiyada davam etdirəcək.

38 yaşlı oyunçu "Kavasaki Frontale"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik sözləşməyə imza atıblar.

Qomis son mövsümdə "Qalatasaray"da 28 oyuna 10 qol vurub, 2 qol ötürməsi edib. O, 2017-2018-ci illər aralığında da "Qalatasaray"da oynayıb.