"Sumqayıt" çətin durumdadır.

Rekord.az xəbər verir ki, buna səbəb növbəti mövsümlə bağlı klubun büdcəsinin təsdiqlənməməsidir.

İş ondadır ki, klubun sponsoru olan "Azərikimya" "Sumqayıt"a büdcə ayırmaq istəmir. Səbəb nədir? Bununla bağlı da maraqlı məlumayt əldə etmişdik. Belə ki, növbəti mövsümdən Premyer Liqanın sponsoru olacağı gözlənilən "Misli" şirkətinin hər kluba 2 milyon manat vəsait ödəyəcəyi gözlənilir. "Azərikimya" da məhz buna görə kluba maliyyə ayırmaq istəmir. Lori dildə desək, kluba deyiblər ki, "gedin, "Misli"nin ayıracağı 2 milyonla növbəti mövsümə hazırlaşın". Həmin 2 milyonun nə zaman ayrılacağı konkret tarix isə məlum deyil.