Azərbaycanlı hakimlər UEFA-nın təlimində iştirak ediblər
- 04 Sen 2026 00:22
- 161
31 avqust – 2 sentyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində UEFA-nın 2026/27-ci illər mövsümü üçün elit və 1-ci kateqoriyalı hakimlərin yay kursu keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanı kursda beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil ediblər.
Toplanış zamanı ötən mövsümün hakimlik təcrübəsi nəzərdən keçirilib, yeni mövsümlə bağlı əsas məqamlar və UEFA Hakimlər Komitəsinin təlimatları diqqətə çatdırılıb. Həmçinin hakimlərin fiziki hazırlıq səviyyəsi yoxlanılıb.
Hakimlərimiz keçirilən testləri uğurla başa vuraraq kursu tamamlayıblar.