
Azərbaycanlı hakimlər Türkiyədə növbəti VAR seminarında
- 30 Noy 2021 16:41
- 557
AFFA və TFF arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilir.
Rekord.az xəbər verir ki, seminar TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunub və dekabrın 2-dək davam edəcək.
Seminarda Azərbaycan Premyer Liqasının və Birinci Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər), həmçinin “CBC Sport” telekanalının 7 operatoru iştirak edir.