Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli "Sumqayıt"dan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumameylli yarımmüdafiəçinin Albaniyanın "Eqnatiya" komandasına transfer olunduğu bildirilib.

Xatırladaq ki, daha əvvəl "Eqnatiya"nın prezidenti Agim Demrozi Vüsal İsgəndərli ilə 3 illik müqavilə imzalandığını açıqlamışdı.