
Azərbaycanlı futbolçular baş məşqçisiz qaldı
- 30 Sen 2021 18:00
- 720
Ukraynanın “Minay” klubunda baş məşqçi Vasili Kobinlə yollar ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kobinlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Minay” hazırda Ukrayna Premyer Liqasında 6 xalla 15-ci pillədə qərarlaşıb. Bu komandada Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə, həmçinin daha bir azərbaycanlı futbolçu Eldar Quliyev də çıxış edir.