
Azərbaycanlı futbolçu Yunanıstandan ayrıldı və Bakıya döndü
- 25 Dek 2021 13:00
- 763
Yayda Yunanıstanın 1-ci divizion təmsilçisi olan "Pierikos"la müqavilə imzalayan Tural Bayramlının legioner həyatı erkən başa çatıb.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Yunanıstan klubunda qalmaq istəməyib və oradan ayrılıb.
Futbolçunun komandada qalmaq istəməməsinin maliyyə şərtlərilə əlaqədar olduğu bildirilir. Bayramlı artıq vətənə qayıdıb.