
Azərbaycanlı futbolçu bərbərxana xəbərini təkzib etdi
- 06 Dek 2021 10:10
- 502
“Səbail”in sabiq yarımmüdafiəçisi Vüqar Bəybalayevin özünə biznes qurması barədə xəbərlər yayılıb. Bildirilir ki, yaydan bəri klubsuz qalan futbolçu Bakıda bərbərxana açıb.
Rekord.az xəbər verir ki, 28 yaşlı oyunçu bu ilin martında Gürcüstana yollanaraq,"Telavi" ilə müqavilə bağlamışdı.
Onun legioner həyatı qısa çəkdi - artıq iyulda geri qayıtmışdı.
Vaxtilə futbolun sirlərini “Bakı”da öyrənmiş Bəybalayev “Sumqayıt”, “Turan”, “Xəzər Lənkəran” kimi bir çox komandanın şərəfini qoruyub.
O, özünə yeni iş sahəsi tapması haqda sportinfo.az-a bunları söyləyib:
“Əslində, ideya özü çox yaxşıdır. Sağ olsunlar, ortaya belə bir fikir atıblar (gülür). Amma hansısa bərbərxanadan söhbət gedə bilməz. Ümumiyyətlə, bu biznesə girişmək niyyətim yoxdur, olmayıb da”.