Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
- 14:40
- 31
Azərbaycanlı millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionu olub.
Rekord.az xəbər verir ki, komanda sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gələrək qızıl medalı rəsmiləşdirib.
Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.
Qeyd edək ki, “Eqnatiya” ardıcıl 3-cü mövsümdür çempion olur. Zamiq son iki çempionluğun iştirakçısıdır.