Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matç haqda bunları söyləyib:

"Düşünürəm ki, ilk dəqiqədən sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu. Gözəl epizodlar, baxımlı qollar izlədik.

Oyunçular yaxşı əhval-ruhiyyədə idi. Nəticənin əhəmiyyətini bilirdik. Gözlədiyimizi, istədiyimizi etdik. Yeni qol şanslarının olacağını bilirdik, buna inanırdıq.

Əsas məqsəd qələbə qazanmaq idi. Matçdan öncə futbolçulara bu barədə demişdim. Oyunçularlmız verilən tapşırıqları yaxşı icra etdilər ki, bu da nəticədə öz əksini tapdı".