
Azərbaycan yığması MDB oyunlarında çıxışını başa vurdu
- 11 Avq 2023 20:28
- 301
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB oyunlarında çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, İlqar Aslanovun baş məşqçi olduğu komanda son oyununda Rusiya yığması ilə üz-üzə gəlib.
Görüş rəqibin 7:1 hesablı qələbəsi ilə başa çatıb. Milli komandanın heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.