
Azərbaycan yığması Avstriyaya yenə böyük hesabla uduzdu
- 12 Noy 2021 21:57
- 497
Azərbaycanın U-21 millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı beşinci matçında Avstriya ilə üz-üzə gəlib.
Komandamız bu rəqiblə Bakıdakı “Bakcell Arena”da qarşılaşıb. Əvvəlki oyunlarda cəmi 1 xal qazanmış millimiz Avstriyaya qarşı səfərdə keçirdiyi oyunda 6 cavabsız qola üzülmüşdü. Futbolçularımız bu darmadağının qisasını almaq üçün yaxşı şansa malik olsa da, bu dəfə də böyük hesabla uduzub.
Xatırladaq ki, Azərbaycan millisi Xorvatiyaya səfərdə 0:2, evdə 1:5, Avstriyaya səfərdə 0:6 hesabı ilə uduzub, yalnız Finlandiya ilə ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
12 noyabr
Azərbaycan – Avstriya 0:3
Qol: Emanuel Aivu, 42. Romano Şmid, 72-pen; 75.
Baş hakim: Miloş Milanoviç (Serbiya).
Bakı. “Bakcell Arena”.
Xal durumu: Xorvatiya – 15, Avstriya – 12, Norveç – 9, Finlandiya – 7, Azərbaycan – 1, Estoniya – 0.