
Azərbaycan – Ukrayna: Oyunların başlama saatı və keçiriləcəyi məkan bilindi
- 27 Noy 2021 16:15
- 560
Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Azərbaycan milli komandası dekabrın 18-də və 19-da Ukrayna yığması ilə iki yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) keçiriləcək.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunlar saat 18:00-da başlayacaq.