
Azərbaycan təmsilçisinin UEFA Region Kubokundakı rəqibi bəlli oldu
- 08 Dek 2021 21:00
- 497
UEFA Region Kuboku turnirində 2022/2023 mövsümünün püşkü atılıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilkin mərhələdə Belarusla 2-ci qrupda mübarizə aparacaq.
1-ci qrupda isə Gürcüstan, Qazaxıstan, Estoniya təmsilçiləri qüvvəsini sınayacaq. Qrup qalibi olan komandalar növbəti raunda adlamaq üçün aralarında final görüşü keçirəcək.
Bu mərhələnin oyunları 2022-ci il mayın 1-dən iyulun 31-dək olan müddətdə keçiriləcək.
Azərbaycanı turnirdə Region Liqasının 2021/2022 mövsümünün qalibi təmsil edəcək.