Azərbaycan Premyer Liqasının yeni sponsoru olacaq.

 

Rekord.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının Prezidenti Ramin Musayev “Futbol+” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, fevral ayında yeni sponsorla müqavilə bağlayacaqlar.

 

Qurum rəsmisi sponsorun Türkiyənin “Misli” şirkətinin olacağını söyləyib. “İnşallah, bu əməkdaşlıq alınar” – deyə o bildirib.

 

Qeyd edək ki, "Misli"  mərc oyunları şirkəti bu yaxınlarda Azərbaycanda da fəaliyyətə başlayıb.